Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Ərdoğan qadınlardan danışdı: Ayaqları öpüləsi analar …

“Qadınlar çox həssasdırlar və onların güclü intuisiyaları var”.

Mən qadınları bəşəriyyətin müəllimi kimi görürəm.

Din.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 8 Mart – Beynəlxalq Qadınlar Günü haqda çıxışı zamanı deyib.

“Qadınlar çox həssasdırlar və onların güclü intuisiyaları var. Bu bacarıqları ilə müəllimlik istedadlarını birləşdirəndə ortaya ayaqları öpüləsi analar, ömür boyu rahatlıqla kürəyimizi söykəyə biləcəyimiz həyat yoldaşları və gözümüzün nuru qızlarımız çıxır.

Mən həmçinin dünyanın dörd bir tərəfində əziyyətlərə düçar olan qadınlara Allahdan kömək və səbir diləyirəm”, – Ərdoğan bildirib.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...