Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

Ərdoğan Qətər əmirinin 500 milyonluq hədiyyəsindən danışdı

Ərdoğan: “Qətər əmiri onu şəxsən mənə deyil, Türkiyəyə hədiyyə edib.”

Qətər əmiri Türkiyəyə 500 milyonluq təyyarə hədiyyə edib.

Din.az Trend-ə istinadən bildirir ki, Qətər əmiri Tamim ibn Xamad Adil Tani Türkiyəyə 500 milyon dollarlıq, dəbdəbəli Boeing 747-8 hədiyyə edib.

R.T.Ərdoğan jurnalistlərə açıqlamasında yayılan xəbəri təsdiqləyib. O, Azərbaycandan qayıdarkən təyyarəsində deyib:

“Həmin təyyarə bir müddət idi ki, satışa çıxarılmışdı. Bizim təyyarə ilə maraqlandığımızı öyrənən Qətər əmiri, onu şəxsən mənə deyil, Türkiyəyə hədiyyə edib. Hazırda təyyarənin üzərində rəngləmə işləri gedir. İşlər tamamlanandan sonra o, uçuşa buraxılacaq”.

Qeyd edək ki, bir müddət əvvəl Türkiyə mətbuatında sözügedən təyyarənin R.T.Ərdoğanın özünə hədiyyə olunduğu deyilirdi.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...