Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Ərdoğan Qüds üzərindən Ərəbistana meydan oxuyur

Rəcəb Tayyib Ərdoğan “müsəlmanların lideri” rolunu almağa namizəddir.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Səudiyyə Ərəbistanından “müsəlmanların lideri” rolunu almağa namizəddir.

Din.az xəbər verir ki, bu barədə “Blumberq”də Conatan Ferziqer və Fadva Hodalinin qələmə aldığı məqalədə bildirilib.

Məqalədə qeyd edilir ki, Ərdoğanın nüfuzunun kifayət qədər artması Qüds üzərində marağı olan İsrail, İordaniya və Fələstin hökumətini narahat edir. Ərdoğanın ritorikası, Türkiyənin bölgəyə yardımları rəsmi Ankaranın sözügedən bölgədə çəkisini artırıb.

Hətta Qüdsdə müsəlman tacir Səlahəddin Nəsrəddin bildirib ki, Ərdoğan Fələstini sevən güclü şəxsdir, onun bütün İslam dünyasına liderlik etməsi üçün dua edirik.

Qüdsün İctimaiyyətlə Əlaqələr Araşdırma Mərkəzinin analitiki israilli Pinhas İnhabari isə bildirib ki, Səudiyyə Ərəbistanı Məkkəyə sahib olmağı, Ərdoğan da Qüdsü istəyir.

Qeyd edilir ki, Ərdoğan Qüds üzərindən Məkkəyə sahib olan Səudiyyə Ərəbistanına meydan oxuyur.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...