Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Ərdoğan Qurani-Kərimi əzbərləməyə başlayıb

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan Qurani-Kərimi əzbərləməyə başlayıb.

Hədis alimi Mehmet Emin Saraç Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın Qurani-Kərimi əzbərləməyə başladığını açıqlayıb.

“Din.az” xəbər verir ki, hədis alimi Mehmet Emin Saraç, “uşaqlığımızda bizim Quran oxumağımız qadağan idi. Atam da, babam da bu səbəbdən həbsə  girmişdi. Artıq o imtahanlardan keçdik. İndi isə Allah bizi aydınlığa çıxartdı. Artıq ölkəmizdə Qurani-Kərim oxuyan bir prezident var” deyib.

Bakırköy İmam Hatip Liseyinin Məzunları Dərnəyinin təşkil etdiyi ziyarətdə Bakırköy İmam Hatip Liseyinin tələbələri ilə Fatih məscidindəki müəzzinin otağında bir araya gələn İslam alimi Emin Saraç, “gənclər, siz rəhbərsiniz, siz ulduzsunuz, günəşsiniz. İnşallah sizlər ümmətin rəhbəri olacaqsınız, insanları Cənnətə götürəcəksiniz. Cənnətdə, insanın ağlına gələməyəcək, gözlərin görmədiyi və dünyada olmayan şeylər var. Dünyadakı şeylər bəsit şeylərdir. Sizlər axirəti tərcih edirsiniz” açıqlamasını verib.

Gənclərə tövsiyyələrini verən Emin Saraç, daha sonra bunları əlavə edib: “Günəş nə qədər parlaqdırsa, bizim gedəcəyimiz yol da o qədər nurludur. Allahın ipinə möhkəm sarılacağıq. O da Qurani-Kərimi oxumaqdır. Haqq yolda olmağımızın təminatıdır. Gənclər, gözəl sözlərin arxasınca gedəcəyik. Hamımız Anadoludan gəldik. Mən də Tokatdan gəldim. Uşaqlığımızda bizim Quran oxumağımız qadağan idi. Atam da, babam da bu səbəbdən həbsə girmişdi. Artıq o imtahanlardan keçdik. İndi isə Allah bizi aydınlığa çıxartdı. Artıq ölkəmizdə Qurani-Kərim oxuyan bir prezident var”.

İmam Hatip Liseyinin tələbələrindən ərəbcə yazmalarını istəyən Saraç, “tələbələrə ən vacib tövsiyyəm ərəbcə yazmağı öyrənmələridir. Min illərdir kitabxanalardakı kitablarımızı oxumaqdan bizi məhrum edən bir sistem yaratdılar. Nə deyəcəyimi bilmirəm, insanlar ulu babalarının məzar daşlarına yazılanları oxumaqda acizdirlər. İnsanlar Fatih məscidinin qapısında yazılanları belə oxuya bilmir. Bu bir cinayətdir”, – deyə bildirib.

“Prezidentimiz Qurani-Kərimi əzbərləməklə məşğuldur”

Saraç, “dərdimiz çox, amma ümidimiz ondan da çoxdur. İndi göy üzü ağardı, günəş doğacaq. Dövlət başçımız Qurani-Kərim oxuyur. Hətta prezidentimizin Qurani-Kərimi əzbərləməklə məşğul olduğunun xəbərini aldım. Ondan bizə də Quran oxumasını istədim və prezident bizə əzbərdən Quran oxudu. Zəhm ilə dinlədik” ifadələrini işlədib.

MÜZAKİRƏ

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Din.Az - yaradandan yaradılana...