Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Ərdoğan ROMA PAPASI ilə görüşdü

Ərdoğan: “Qüdsün statusunun qorunması son dərəcə vacibdir”.

Türkiyə prezidenti Ərdoğan katoliklərin ruhani lideri Papa Fransisk ilə telefonda Qüds məsələsini danışıb.

Din.az xəbər verir ki, telefon danışığı zamanı Qüdsün statusunun qorunması və bu məsələdə səhv addım atmamağın son dərəcə vacib olduğu vurğulanıb.

Ərdoğan və Papa Fransisk ABŞ-ın atdığı yanlış addıma qarşı hazırlanan qanun layihəsinin BMT-nin 21 dekabrda keçirdiyi iclasında 128 ölkənin səsverməsi ilə Trampın qərarının qəbul edilmədiyinin məmnunverici olduğunu bildiriblər.

Üç səmavi din üçün müqəddəs olan Qüdsün statusunun qorunması üçün ortaq səy göstərməyin əhəmiyyətindən danışan Ərdoğan və Papa ikili münasibətləri və beynəlxalq mövzuları üz-üzə müzakirə etmək üçün qarşıdakı aylarda görüşməklə bağlı razılığa gəliblər.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...