Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

ƏRDOĞAN SƏRT DANIŞDI: “Deyəsən hələ Osmanlı şilləsi yeməyiblər”

“Terroristlərə təslim olmağımızı istəyirlər. Bu necə NATO üzvüdür?”

Ərdoğan ABŞ-a qarşı yenə sərt danışdı…

Din.az xəbər verir ki, Bu gün Türkiyə prezidenti çıxışı zamanı ABŞ haqqında sərt ifadələr səsləndirib.

Ərdoğan çıxışı zamanı bildirib:

“Terroristlərə təslim olmağımızı istəyirlər. Bu necə NATO üzvüdür? NATO-nun daxili hüququ nədirsə ona hamımız eyni şəkildə əməl etməliyik. Sizin YPG-nin, PYD-nin bizə terror təşkilatı olmadığını deməyiniz bir qırağa qalsın, NATO-dan olan bir ölkəyə hücum edilibsə, NATO üzvü olaraq buna qarşı olmalısınız. NATO qanunvericiliyi bunu tələb edir.

Güya İŞİD-lə mübarizə aparmaq üçün bölgəyə nəzarət etmək istəyən hər kəs indi bir İŞİD-ə görə Türkiyəyə qarşı çıxır. Neçə İŞİD-li terrorçu məhv etdiniz?! Biz bölgədə kimin kimin yanında olduğunu görüb ölçü götürürük. İndi İŞİD bəhanəsini istifadə etmək hüququnuz yoxdur. Bunların hamısı İŞİD-lə birgə hərəkət edir. Suriyadakı İŞİD teatrı artıq sona çatıb.

“Bizi vuraralarsa onlara qarşı sərt reaksiya verərik” deyənlər deyəsən ömründə “Osmanlı tokatı” yeməyiblər. Türkiyəni istədikləri kimi girib çıxdıqları, istədiyi hər şeyi edəcəkləri zaman susan ölkələrlə qarışdırırlarsa çox yaxında belə olmadığını görəcəklər.

Əlbəttə ki, biz onları qəsdən hədəf almayacağıq. Yanlarında duran terrorçulardan başlayaraq, bütün terrorçuları məhv edəcəyik. Buna görə terrorçuların arxasında dayanmamalı olduğunu bir daha vurğulayıram!” / A24.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...