Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

Ərdoğan: “Səudiyyə Ərəbistanı itkin düşən jurnalistin konsulluğu tərk etdiyini sübuta yetirməlidir”

Ərdoğan: “Əgər, doğrudan da, o çıxıb gedibsə, bunu şəkillərlə sübut etməlisiniz.”

“Səudiyyə Ərəbistanı jurnalist Camal Qaşıqçının bu ölkənin İstanbuldakı baş konsulluğunun binasını tərk etdiyini sübuta yetirməlidir”.

Din.az “Report”a istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Budapeştdəki (Macarıstan) mətbuat konfransı zamanı bildirib.

“Konsulluğun rəsmiləri, sadəcə, onun binanı tərk etdiyini deməklə məsələdən yan keçə bilməzlər. Əgər, doğrudan da, o çıxıb gedibsə, bunu şəkillərlə sübut etməlisiniz”, – o vurğulayıb.

Xatırladaq ki, oktyabrın 2-də Səudiyyə Ərəbistanının tanınmış müxalif jurnalisti, “Washington Post”un müxbiri Camal Qaşıqçı ölkəsinin İstanbuldakı baş konsulluğuna girib və bir daha geri qayıtmayıb.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...