Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Ərdoğan: Şri-Lankadakı teraktlar bütün bəşəriyyətə qarşı yönəldilib

Ərdoğan: “Şri-Lankada kilsələrdə və otellərdə törədilən terror aktlarını qətiyyətlə pisləyirəm”.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Şri-Lankada kilsələrdə və otellərdə törədilən terror aktlarını qətiyyətlə pisləyib.

Din.az bildirir ki, bu barədə T.Ərdoğan öz “Twitter” səhifəsində yazıb.

Türkiyə prezidenti bildirib: “Pasxa bayramı zamanı törədilən terror aktlarını qətiyyətlə pisləyirəm. Bu hücumlar bütün nəşəriyyətə qarşı yönəldilib”.

T.Ərdoğan öz və bütün Türkiyə xalqının adından terror aktlarında həlak olanların ailələrinə başsağlığı, xəsarət alanlara isə tez bir zamanda sağalmalarını diləyib.

Qeyd edək ki, Şri-Lankada Pasxa bayramı zamanı Kolombo şəhərində və ölkənin digər yerlərində yerləşən otellərdə və kilsələrdə 6 partlayış törədilib.

Son məlumatlara əsasən, partlayışlar nəticəsində 185 nəfər həlak olub, təxminən 500 nəfər yaralanıb. / Trend.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...