Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Ərdoğan: “Suriyada 1 milyon qaçqının məskunlaşması üçün hazırlıq görülür”

Türkiyə suriyalı qaçqınlara 40 milyard dollardan çox vəsait xərcləyib.

“İndiyə qədər Türkiyədən 370 min nəfər qaçqın könüllü şəkildə Suriyada yaradılmış təhlükəsiz zonaya qayıdıb”.

Din.az APA-ya istinadən bildirir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda keçirilən İslam Əməkdaşlıq Təşkilatının nazirlər toplantısında çıxış edərkən deyib.

Ərdoğan bildirib ki, Suriyanın Rəsulayn və Telabyad bölgələrində 1 milyon nəfərin məskunlaşması üçün tikintiyə başlamaq üçün hazırlıqlar görülür.

O, indiyədək Türkiyənin suriyalı qaçqınlara 40 milyard dollardan çox vəsait xərclədiyini deyib, Avropanın ölkəsinə bunun üçün cəmi 3 milyard avro yardım etdiyini vurğulayıb.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...