Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

Ərdoğan: “Suriyada yeni hərbi əməliyyatlar hər an başlaya bilər”

Suriyada gərgin vəziyyət qalmaqdadır.

Suriyada YPG/PYD, həmçinin PKK terrorçularına qarşı yeni hərbi əməliyyatlar hər an başlaya bilər.

Din.az Trend-ə istinadən bildirir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan parlamentdə çıxışı zamanı bəyan edib.

R.T.Ərdoğan bildirib ki, Türkiyə Silahlı Qüvvələri (SQ) Suriyada yeni əməliyyatlara başlamağa hər an hazırdır:

“Suriya ərazisində YPG/PYD-yə qarşı yeni hərbi əməliyyatlara hazırlıq prosesi artıq başa çatıb”.

Xatırladaq ki, oktyabrın 28-də Türkiyə SQ Suriya ərazisində YPG/PYD terrorçularının mövqelərinə zərbələr endirib.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...