Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

Ərdoğan terrorçulara və FETÖ-çülərə səsləndi

“Haraya istəyirlərsə, getsinlər, hamısını tapıb gətirəcəyik”.

Əgər biz öz PUA-larımızı istehsal etmiş olmasaydıq, bu gün Afrində, “Fərat Qalxanı” Hərəkatında vəziyyət başqa cür olardı.

Din.az bildirir ki, bunu Rəcəb Tayyib Ərdoğan Türkiyədə yaşayan qaraçıların (romanların – red.) bir qrupu ilə görüşündə dilə gətirib.

“Bu tədbirə gələrkən son rəqəmləri əldə etdim. Afrində məhv edilən terrorçuların sayı 4108-ə çatıb”, – deyən Ərdoğan FETÖ-yə qarşı mübarizədən danışıb:

“Biz sizlərlə birlikdə 16 saata FETÖ-nü devirdik. Dünən Qabondan üç FETÖ-çünü tutub gətirdilər. Daha öncə isə FETÖ-çüləri Kosovadan “paketləyib” gətirdilər. Haraya istəyirlərsə, getsinlər, hamısını tapıb gətirəcəyik. İqtisadiyyat üzərindən də bizim üstümüzə gəlirlər, bir daha bəyan edirəm:

Bacarmayacaqsınız!” / oxu.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...