Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Ərdoğan: “Türkiyə bəşəriyyətin ümididir”

“Türkiyə artıq ötən əsrin 90-cı illərində olduğu kimi zəif ölkə deyil.”

“Türkiyə bəşəriyyətin, öz dostlarının ümididir”.

Din.az Trend-ə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Onun sözlərinə görə, Türkiyə artıq ötən əsrin 90-cı illərində olduğu kimi zəif ölkə deyil.

R.T.Ərdoğan qeyd edib ki, Türkiyə bu gün regionda fövqəldövlətə çevrilib: “Bütün hücumlara baxmayaraq, ölkə iqtisadiyyatı daha da inkişaf edir”.

O əlavə edib ki, Türkiyə gec və ya tez terror problemini həmişəlik həll edəcək.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...