Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

Ərdoğan: Türkiyə yaşlılara qayğıda dünyada birincidir

“Türkiyə həmçinin cəmiyyətdə qadın hüquqlarına da böyük diqqət ayırır”.

Türkiyə yaşlı nəsil nümayəndələrinə qayğı göstərilməsinə görə dünyada birinci yerdədir.

Din.az bildirir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

R.T.Ərdoğan əlavə edib ki, Türkiyə həmçinin cəmiyyətdə qadın hüquqlarına da böyük diqqət ayırır.

Dövlət başçısı bildirib ki, qadınların hüquqlarının məhdudlaşdırıldığı və onların “ikinci dərəcəli insan” hesab olunduğu cəmiyyətlərdə inkişafdan söhbət gedə bilməz.

Onun sözlərinə görə, Türkiyə qadınları ölkənin siyasi həyatında da fəal rol oynayır.

Türkiyə prezidenti vurğulayıb ki, qadın cəmiyyət gələcəyin qurulması məsələsində aparıcı qüvvə olmalıdır. / Trend.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...