Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

Ərdoğan Vatikana gedir, ermənilər təxribat törədə bilərlər

Ərdoğanın Vatikanda Roma Papası ilə tarixi görüşü gözlənilir.

Erməni mətbuatı məlumat yayıb ki, Fevral ayının 5-də Türkiyənin prezidenti Rəcəb Tayib Ərdoğanın Vatikanda Roma Papası ilə tarixi görüşü gözlənilir. Bu görüşü ona görə tarixi görüş adlandırmaq olar ki, son 59 il ərzində Türkiyə dövlətinin prezident səviyyəsində Vatikana ilk ziyarəti olacaq.

Din.az bildirir ki, bu sözləri A24.az-a açıqlamasında BDU-nun Erməni araşdırmaları elmi- tədqiqat və Tədris Mərkəzini rəhbəri İsmayıl Tarıverdi söyləyib. O, qeyd edib ki, Ərdoğanın Roma Papası ilə görüşündə Yerusəlimdə sülhün yaradılması üçün 1967-ci ilin sərhədlərinin bərpa olunması, Fələstinin müstəqil respublika kimi tanınması və şərqi Yerusəlimin paytaxt elan olunması iddiası gözlənilir.

“İndi isə ermənilərin bu səfərlə nə üçün maraqlandıqlarıni araşdıraq. Ərdoğanın Vatikana səfəri barədə öncədən məlumat alan ermənilər Roma Papasından xahiş etmişlər ki, görüş zamanı Türk-erməni münasıbətlərinin normallaşması üçün bir vasıtəçi kimi öz təkliflərini etsin.
Ermənilər həm də ümid edirlər ki, artıq Türkiyənin ABŞ ilə münasibətləri getdikcə gərginləşir. Türkiyənin Qərb ölkələri ilə münasibətləri də böhran həddinə çatmışdır və xüsusən də Rusiya ilə əlaqələri dəyişkəndir, yəni bir-birinə qarşı elə də etibarlı münasibət bəsləmirlər. Bir sözlə, Türkiyə hər tərəfdən izolyasiya olunmuş vəziyyətdədir. Hətta rəsmi Moskva Qağlıq Qarabağ münaqişəsinin həlli məsələsində Ankara və Bakı ilə razılaşmalardan imtina edir. Buna görə də, guya Azərbaycanın mövqeyi regionda Türkiyəyə siyasi divident gətirmir və Türkiyənin vəziyyətdən yeganə çıxış yolu Ermənistanla münasibətləri yaxşılaşdırmaqdır. Lakin ermənilər həmişəki kimi bir işi görəndə onun sonrakı nəticələri haqqında hərtərəfli düşünmədiklərinə görə, elə bilirlər ki, Roma Papasının sözü ilə Türkiyə ilə Azərbaycan arasında nifaq salmağa nail ola bilərlər.
Mənim həmin məqaləni dərc edən erməni saytında yazdığım şərhdə deyildiyi kimi, ermənilər bilməlidirlər ki, “Qağlıq Qarabağ problemi həll edilmədən Türkiyə heç vaxt Ermənistanla normal münasibət yarada bilməz.”

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...