Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

Ərdoğan və Putin ərəb dünyasında ən nüfuzlu liderlər oldu… – “BBC” belə deyir…

Ərəb gənclər ən təhlükəli ölkə kimi İsrailin adını çəkdilər…

ABŞ prezidenti D.Tramp isə 12%-lə zorla 3-cü yerə çıxıb…
Ərəb ölkələrində ən böyük nüfuza malik lider Rəcəb Tayyib Ərdoğan sayılır.

Din.az Moderator.az-a istinadla xəbər verir ki, Britaniyanın “BBC” kanalının ərəb xidmətinin Yaxın Şərq və Şimali Afrikada apardığı bir araşdırmadan sonra belə nəticəyə gəlinib. “Ərəb Barometri” ictimai rəy tədqiqat layihəsi çərçivəsində aparılmış sorğu əsasında bəlli olub ki, bəhs edilən ölkələrin sakinlərinin 51% -i prezident Ərdoğanın siyasətini dəstəkləyir. Ərdoğanı 28%-lə Rusiya lideri Putin izləyir, üçüncü yerdə isə zorla 12% toplayan ABŞ prezidenti D. Tramp gəlir.

Sudan, İordaniya, Fələstin, Əlcəzair, Mərakeş, Tunis, Yəmən, İraq, Livan və Misirdə 25 min 407 nəfər arasında sorğu aparılıb. Sudan və İordaniyada respondentlərin 57% -dən çoxu Türkiyə Prezidenti Ərdoğanın siyasətini dəstəkləyir. Liviya, Livan və Misirdə isə Vladimir Putin birinci olub.
Ərəb gənclər ən təhlükəli ölkə kimi İsrailin adını çəkiblər. İraq və Tunis gəncləri isə ilk sırada ABŞ-ı təhlükə kimi gördüklərini bildiriblər. Livan, Fələstin, Sudan və İraqda suala cavab verən respondentlərin bir hissəsi ABŞ-ı təhlükəli dövlət saydıqlarını deyiblər.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...