Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

Ərdoğana arxa çıxacaq güc lazımdır, bu güc isə… – Dugin

Ərdoğanın atdığı addımlar Vaşinqton və Brüssel üçün qəbuledilməzdir.

Kürdlər ABŞ-dan üz çevirəcəklər.

Din.az xəbər verir ki, bunu “Aydınlıq” qəzetinə müsahibəsində rusiyalı ideoloq və filosof Aleksandr Dugin söyləyib.

“Avrasiya üçbucağına inanmalısınız. Uzun illərdir NATO gücü olan ölkə üçün bu, asan olmayacaq. Ərdoğanın atdığı addımlar Vaşinqton və Brüssel üçün qəbuledilməzdir. Onların gözündə Ərdoğan sərhədləri aşıb və belə vəziyyətdə ona arxa çıxacaq gücə ehtiyac var. Bu güc isə Rusiyadır. Moskvadakı son görüşlərdən sonra Afrində taktiki addımlar atmayacağımızı söylədik. Bizim Suriya kürdləri ilə hər hansı ortaq marağımız ola bilməz. Onlarla normal əlaqələrimiz mövcuddur, lakin türklərdən daha çox geosiyasi gözləntilərimiz var. Açıq strategiya formalaşdırılmalı və bütün Yaxın Şərqin yenidən nizamlanması üçün ortaq maraqlara dayanan uzunmüddətli strategiya yaradılmalıdır.

Hazırda Böyük Yaxın Şərq strategiyası bitmiş vəziyyətdədir. Dolayısı yolla kürdlər tezliklə bütün digər bölgə gücləri ilə yeni əlaqəyə girə bilmək imkanını görəndə Amerikaya da arxalarını çevirəcəklər. Ona görə ki Amerika onları çoxdan aldadıb. Amerika hər kəsi aldadıb. Çünki amerikalılar düşmən olanda daha yaxşı idilər, yəni düşmənçilikləri daha yaxşıdır. Ona görə ki, qorxaqdırlar, axmaqdırlar, dostluqda etibarsızdırlar”, – deyə o bildirib. /  Axar.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...