Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Ərdoğana SUİ-QƏSDİN qarşısı alındı – FOTO

Saxlanılan şəxslərin evlərindən təhlükəli sənədlər tapıldı.

Yunanıstanda saxlanılan DHKP-C terror təşkilatının 9 üzvünün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana sui-qəsd planlaşdırdığı ortaya çıxıb.

Din.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə yunan polisinin saxlanılan şəxslərin evlərindən tapdığı sənədlərdə qeyd edilib.

Həmin planda raket və əl qumbaralarla Ərdoğana sui-qəsd edilməsi nəzərdə tutulubmuş. Hücum Ərdoğanın Yunanıstana səfəri zamanı kartejin keçidi əsnasında ediləcəkmiş. Lakin yunan polisinin 9 terrorçunu ələ keçirməsi nəticəsində plan baş tutmayıb.

Hazırda polislər sui-qəsddə istifadə edilməsi planlaşdırılan raket və qumbaraları axtarır. Silah-sursatın Afinanın şərqindəki Parnita dağının ətəyində basdırıldığı ehtimal edilir.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...