Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

Ərdoğandan BMT-yə sərt cavab: “Yerə girsin qərarınız!”

“Əməl edilməyən qərarların insanlıq üçün nə faydası var?”

Şərqi Qutada baş verən hadisələri qəbul etmək insanlığa sığarmı?

Din.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“BMT Şərqi Quta ilə bağlı qərarlar qəbul edir. Yerə girsin sizin qərarlarınız! Əməl edilməyən qərarların insanlıq üçün nə faydası var? Siz insanları aldadırsınız”, – Ərdoğan bildirib.

Qeyd edək ki, BMT İnsan Haqları Şurası Suriya lideri Bəşər Əsədin Şərqi Qutada insan haqlarını pozması ilə bağlı qətnamə qəbul edib. Buna və atəşkəs qərarlarına rəğmən, Qutada qətliam davam edir.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...