Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

Ərdoğandan FETÖ bəyanatı: Belarus bizi yalnız buraxmadı

“Türkiyə Belarusun müstəqilliyini tanıyan ilk ölkədir”.

Belarus Prezidenti Aleksandr Lukaşenko bu gün Türkiyə Prezidenti Rəcəb Ərdoğanın dəvəti ilə Türkiyə rəsmi səfər edəcək.

Din.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Türkiyə mətbuatı yazıb.

Səfər zamanı ikitərəfli münasibətlər müzakirə ediləcək, əməkdaşlığın inkişafı üçün atıla biləcək addımlar ətrafında fikir mübadiləsi aparılacaq.

Lukaşenkonun səfəri zamanı bir sıra sənədlərin imzalanması və Türkiyə-Belarus İş Forumunun keçirilməsi planlaşdırılır.

***

Belarus FETÖ-ya qarşı mübarizədə bizi yalnız buraxmadı.

Bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan belaruslu həmkarı Aleksandr Lukaşenko ilə birgə təşkil edilən mətbuat konfransında çıxışı zamanı deyib.

“Türkiyə Belarusun müstəqilliyini tanıyan ilk ölkədir. Qarşılıqlı əməkdaşlığı hər sahədə irəli aparmağa çalışacağıq”, – deyə Ərdoğan bildirib.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...