Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

Ərdoğandan İsrail və Fransaya sərt cavab: “Terrorçuları sarayda qonaq edənlər…”

“Türkiyəyə sataşmasınlar, terrorçuları sarayda qonaq edənlər əvvəlcə özlərinə çəki düzən versinlər”.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, AP-nin Adanada keçirilən illik konfrnsına qatılıb. Öncə meydana toplanan minlərlə insana səslənən Ərdoğan, Zeytin Dalı hərəkatı çərçivəsində 3844 terrorçunun zərərsiz hala gətirildiyini söyləyib.

İsrail və Fransaya sərt münasibət bildirən Ərdoğan “Türkiyəyə sataşmasınlar, terrorçuları sarayda qonaq edənlər əvvəlcə özlərinə çəki düzən versinlər. İnciməsinlər, bizimlə olan dostluqlarını da itirərlər” ifadələrini işlədib.

İsrail baş nazirinin sözlərinə münasibət bildirən Ərdoğan “Ey Netanyahu sən çox zəif adamsan. Özünə bir az çəki düzən ver. İsrail ordusu və İsrail dövləti yalnız məzlumlara qarşı cəsurdur. Başqalarından isə qorxur. Mənim nüvə silahım var deyə lovğalanma. Yeri gəlsə, o silahını da işlədə bilməzsən” deyə söyləyib.

ABŞ-ın Suriya ilə münasibəti ilə bağlı danışan Ərdoğan “ABŞ-ın Suriya siyasətində az da olsa, müsbət dəyişiklikləri təqdirlə izləyirik” deyib.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...