Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

Ərdoğandan Qırğızıstana FETÖ xəbərdarlığı: “Amandır, diqqətli olun!”

“Bunlar xain terror qruplaşmasıdır. Siz bizim qardaşımızsınız”.

Qırğızıstanla münasibətlərimizi, xüsusən FETÖ kölgəsindən qurtararaq, qarşıdakı dövrlərdə daha da inkişaf etdirməyə qərarlıyıq.

Din.az bildirir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Bişkekdəki Manas Universitetində qatıldığı fəxri doktorluq mərasimində çıxışı zamanı deyib.

“Bunlar xain terror qruplaşmasıdır. Siz bizim qardaşımızsınız. 15 iyulda bizdə çevrilişə cəhd edənlər, Allah göstərməsin, sabah burada da eyni şeyi edə bilərlər. Bunlar xaindir, bunlar alçaqdır. Bu baxımdan qardaşlarımıza xəbərdarlıq edirik: amandır, diqqətli olun”, – Ərdoğan vurğulayıb. / Milli.Az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...