Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

“Ərdoğandan qorxuruq” – Gülənin 22 tərəfdarı Yunanıstana qaçdı

Türkiyədə FETÖ təşkilatına qarşı mübarizə davam edir.

Fəthullahçı Terror Təşkilatının (FETÖ) lideri Fəthullah Gülənin 22 tərəfdarı Türkiyədən Yunanıstana qaçaraq rəsmi Afinadan sığınacaq istəyib.

Din.az xəbər verir ki, bu barədə Yunanıstan mediası məlumat yayıb.

Məlumata görə, Türkiyənin Hərbi Hava Qüvvələrinin yüksək rütbəli bir zabiti Yunanıstanın Egey dənizindəki Kalimnos adasına gələrək, hazırkı Türkiyə hakimiyyətindən gizlənmək üçün siyasi sığınacaq istədikdən sonra daha 22 FETÖ üzvü bu adaya üz tutub.

Dəniz sərhədini qanunsuz yolla keçən fəthullahçılar yunan hakimiyyətinə təslim olub. Onların hamısı özlərini Gülən tərəfdarları elan edərək, Ərdoğan hakimiyyəti tərəfindən həbs olunmaqdan qorxaraq Türkiyəni tərk etmək məcburiyyətində qaldıqlarını bildiriblər.

Məlumatda qeyd edilir ki, adları açıqlanmayan 22 nəfər şəxs Yunanıstanda müvəqqəti yaşamaq üçün sənəd istəyib və bu istəkləri yerinə yetirilib.

Rəsmi Ankara Fəthullah Gülənin terrorçu qrupunu (FETÖ) 2016-cı ilin iyul ayında Türkiyədə dövlət çevrilişinə cəhddə ittiham edir. / Teleqraf.com

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...