Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

Ərdoğandan Ramazan mesajı – Sahurunu təyyarədə etdi – VİDEO

“Türk millətinin və İslam aləminin başı rəhmət, ortası məğfirət, sonu cəhənnəm əzabından qurtuluş olan mübarək Ramazan ayını təbrik edirəm”.

Londondan Türkiyəyə qayıdan Ərdoğan təyyarədə ilk sahurunu edib.

Din.az xəbər verir ki, “twitter” hesabından video paylaşan Ərdoğan xalqa arzularını çatdırıb, birlik və bərabərlik diləyib. Ramazan ayının başlamasıyla əlaqədar ilk sahurunu da təyyarədə edib.

Paylaşılan görüntülərdə Ərdoğan “türk millətinin və İslam aləminin başı rəhmət, ortası məğfirət, sonu cəhənnəm əzabından qurtuluş olan mübarək Ramazan ayını təbrik edirəm” ifadələrini işlədib.

Həmçinin birlik və bərabərlik mesajı verən Ərdoğan “Cənabı-Allahdan bizi birlik və bərabərlik içərisində Ramazan bayramına qovuşdurmasını diləyirəm” şəklində danışıb.

Sözügedən görüntüləri sizə təqdim edirik:

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...