Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Ərdoğandan SƏRT BƏYANAT: “Bunlar postmodern xaçlı yürüşünün…”

“Türkiyəyə sığınan yüz minlərlə insanın evlərinə qayıtmayıb”.

“Biz əslində kimin harada dayandığını çox yaxşı bilirik. İŞİD bəhanəsi ilə Afrini terror dəhlizinə təslim etmək istəyənlər indi İŞİD-lə birlikdə açıq şəkildə döyüşürlər”.

Din.az xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Prezident Sarayında 44-cü muxtarlar toplantısında deyib.

PYD və İŞİD-in bir medalyonun iki üzü olduğunu deyən Ərdoğan bölgənin İŞİD-dən təmizlənməsinə baxmayaraq, Türkiyəyə sığınan yüz minlərlə insanın evlərinə qayıtmadığını bildirib.

“Çünki bölgə bir terror təşkilatından o biri terror təşkilatının əlinə keçdi. Bunlar barbarlar, qatillər və oğrulardır. Bunlar postmodern xaçlı yürüşünün yeni işbirlikçiləridir. Biz əslində Afrində bütün insanlığın düşməni olan bir zehniyyətlə mübarizə aparırıq”, – Türkiyə prezidenti vurğulayıb. / Publika.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...