Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

Ərdoğandan Suriyanın Tel-Rifat bölgəsi ilə bağlı BƏYANAT

“Qısa müddətdə Tel-Rifat nəzarət altına alınaraq əməliyyat hədəfinə çatdırılacaq”.

Türkiyə ordusu və müxalif Azad Suriya Ordusunun növbəti hədəfi Suriyanın Tel-Rifat bölgəsidir.

Din.az xəbər verir ki, bunu bu gün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

R. T. Ərdoğan deyib ki, “Zeytun budağı” əməliyyatında qısa müddətdə Tel-Rifat nəzarət altına alınaraq əməliyyat hədəfinə çatdırılacaq.

Qeyd edək ki, Türkiyə ordusu və müxalif Azad Suriya Ordusu yanvarın 20-də Suriyanın Afrin bölgəsində PKK terror təşkilatının Suriya qolu PYD/YPG-yə qarşı əməliyyata başlayıb və ötən dövr ərzində Afrin bölgəsi tam nəzarətə götürülüb. Ərəblərin yaşadığı Tel-Rifat bölgəsi 2016-cı ildə Afrindəki PYD/YPG terrorçuları tərəfindən işğal olunub və “Zeytun budağı” əməliyyatı zamanı Afrindən qaçan terrorçular məhz Tel-Rifata və Tel-Rifat üzərindən Suriyanın digər bölgələrinə qaçıblar. Dünən Tel-Rifat şəhərində yerli sakinlər aksiya keçiriblər. Aksiya iştirakçıları Türkiyə ordusunun və müxalif Azad Suriya Ordusunun PYD/YPG terrorçularını bölgədən qovmasının istəyiblər. / Modern.az

 

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...