Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

Ərdoğandan Trampın qərarına reaksiya: İzn vermərik…

Ərdoğan: “Bölgədə yeni böhranın əsası qoyulur”.

ABŞ Prezidenti Donald Trampın Qolan təpələri ilə bağlı açıqlaması bölgədə yeni böhranın əsasını qoydu.

Din.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda İslam Əməkdaşlıq Təşkilatının toplantısında çıxışı zamanı deyib.

O, sözünə belə davam edib: “Bu ərazi 1967-ci ildən İsrailin işğalı altındadır. Bununla təkcə ərəblər yox, türkmənlər də oradan köçməyə məcbur olub. Belə bir həssas məsələni sükutla qarşılamağımız qeyri-mümkündür. Qolan təpələrinin işğalının qanuniləşdirilməsinə əsla izn vermərik və verməyəcəyik”. / Teleqraf.com

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...