Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

Ərdoğandan vəliəhdə: Nədən qorxursan?

“Salmanın təhdidləri üzündən Qaşıqçı cinayəti ört-basdır edilir”.

Qaşıqçı cinayətini vəliəhd bilməyəcəksə, kim biləcək?

Din.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərin suallarını cavablandırarkən deyib. O, Səudiyyə Ərəbistanı vəliəhdi Məhəmməd bin Salmanın təhdidləri üzündən Qaşıqçı cinayətinin ört-basdır edildiyini bildirib:

“Tapşırığı verən ad bəllidir. ABŞ-dan gələn heyət belə, demək olar ki, öz aralarında qərar veriblər, amma danışa bilmirlər. BMT-dən, Mərkəzi Kəşfiyyat İdarəsindən gələnlərə kasetləri dinlətdik. Biz ortadayıq, hər formada bunu deyirik. Sənin özündən şübhən yoxdursa, nədən qorxursan? Sağa-sola dollar, neft paylamaqla bu problem həll olmaz”.

Qeyd edək ki, C.Qaşıqçı oktyabr ayında Səudiyyənin İstanbul Baş konsulluğunda vəhşicəsinə öldürülüb. Qaşıqçının ölümündə Səudiyyə vəliəhdinin əli olduğu bildirilir.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...