Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

Ərdoğandan Yeni Zelandiyadan olan terrorçu ilə bağlı açıqlama

“Tarrant məsuliyyətə cəlb edilsin, o, həbsdə qalsın”.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Yeni Zelandiyada məscidə hücumda şübhəli bilinən Brenton Tarrantın iki dəfə Türkiyəyə səfər etdiyini bildirib.

Din.az-ın xəbərinə əsasən, o bildirib ki, Tarrantın ilk səfəri üç gün, ikinci səfəri isə 40 gün davam edib.

Ərdoğan hazırda həmin şəxsin Türkiyədəki əlaqələrinin müəyyən edilməsi məqsədi ilə araşdırma aparıldığını deyib.

“Lakin biz istəyirik ki, Yeni Zelandiya da Tarrantı məsuliyyətə cəlb etsin və o, həbsdə qalsın. Dünyanın o biri tərəfində yaşayan cinayətkar müsəlman və türklərə necə bu cür nifrət edə bilər?”, – deyə o vurğulayıb.

Ərdoğan qeyd edib ki, Tarrant Yeni Zelandiyada məscidə hücuma görə cəzasını almalıdır.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...