Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

Ərdoğanın “deizm” sorğusu: Çıxışını yarıda kəsib təhsil nazirini yanına çağırdı

Ərdoğan: “Mənə edilən təhqirlərdə yenə həddlərini aşıblar”.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ədalət və İnkişaf Partiyası Türkiyə Böyük Millət Məclisinin qrup toplantısında gündəmə dair açıqlamalar verib.

Din.az xəbər verir ki, Ərdoğan çıxışı zamanı Təhsil Naziri İsmət Yılmazı kürsüyə dəvət edərək ona bir mövzuda xəbərdarlıq edib.

Mikrofonların səsi yaxşı eşidilmədiyindən, Ərdoğanın nazirə hansı mövzuda xəbərdarlıq etdiyi məlum olmayıb. Lakin nazirin cavabında “Üç sivil toplum qruplaşmasının həyata keçirdiyi araşdırmadır. Gənclərimizin deizmlə bağlı bir düşüncəsi var” dediyi məlum olub.

Ardınca toplantı başa çatıb.

Ərdoğanın deizm araşdırması sorğusu

İKDAM Təhsil dərnəyi və Beynəlxalq Qabaqcıl Təlimçilər Dərnəyi tərəfindən Konya təhsil şöbəsinin dəstəyi ilə “Gənclik və İnanc” çalışmasında bu nəticəyə gəlinmişdi:

“Etiqad mövzusunda problemləri olan gənclərin deizm, yəni Allahın həyata müdaxiləsini rədd etmək inancı daha qabarıqdır”.

Ərdoğanın çıxışından önəmli başlıqlar:

“Hatayda əsgərlərimizə dəstək üçün sərhəddə polis bölməsini ziyarət etdik. Mehmetçiklərimizə dəstək olduq. Bu bəzilərini narahat edib ki, sənətçilərimizi təhqir etməyə cəhd etdilər. Biz və sənətçilərimiz layiq olduqları cavabı onlara verdik. Necə olur ki, bu ölkənin sənətçisi, əsgərə dəstəyə gedən həmkarına artıq söz deyə bilir. Mənə edilən təhqirlərdə yenə həddlərini aşıblar. Hazırda olduğumuz məqam bu hərəkətləri qəbul edəcək bir məqam deyil. Olduğumuz məqam o şəxslərə layiq olduqları şəkildə cavab verəcəyimiz bir məqamdır.

Eşitdim ki, Kılıçdaroğlu Hataya gedəcək. Sabahın xeyir. Xeyirdirmi? O zaman etmən gərəkən bir şey var. Çəkmən yoxdursa sənə çəkmə göndərək. Əgər gödəkçən əksikdirsə onu da göndərə bilərik. Bu ölkədə biz əskərimizlə doğulduq və əskərimizlə addımlayırıq”.

“Uşaq istismarının cəza həddi 40 il”

“Sözə gəlincə sosial demokrat olduğunu deyən amma hər tərəfindən faşizm yağanların çox yaxında dövrü başa çatacaq. Nəticədə uşaqların istismarının əngəllmənməsi planı qarşıya çıxdı. Uşaq istismarının cəza həddi 40 ilə qaldırılır. Ailələr, müəllimlər və şagirdlər bu mövzuda məlumatlandırılacaq”.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...