Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

Ərdoğanın İlham Əliyevə bayram təbriki – VİDEO

Dövlətimizin başçısı göstərilən diqqətə və təbrikə görə Türkiyə Prezidentinə minnətdarlıq edib

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan iyulun 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.

“Din.az” Prezidentin Mətbuat Xidmətinin məlumatına istinadən xəbər verir ki, Türkiyə Prezidenti Müqəddəs Ramazan bayramı münasibətilə dövlətimizin başçısını təbrik edib, Azərbaycan xalqına firavanlıq arzularını çatdırıb.

Dövlətimizin başçısı göstərilən diqqətə və təbrikə görə Türkiyə Prezidentinə minnətdarlıq edib, bayram münasibətilə Rəcəb Tayyib Ərdoğana təbriklərini çatdırıb, türk xalqına əmin-amanlıq və tərəqqi arzulayıb.

Dövləti başçıları dostluq və qardaşlıq münasibətlərimizin bütün sahələrdə bundan sonra da uğurla inkişaf edəcəyinə əminlik ifadə ediblər.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...