Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

Ərdoğanın “OSMANLI ŞİLLƏSİ”-nə ABŞ-dan cavab gəldi – VİDEO

“Terroristlərə təslim olmağımızı istəyirlər. Bu necə NATO üzvüdür?”

ABŞ mətbuat katibindən “Osmanlı şilləsi”nə cavab gəldi.

Din.az xəbər verir ki, dünən Türkiyə prezidenti çıxışı zamanı ABŞ haqqında işlətdiyi sərt ifadələrə ABŞ mətbuat katibindən cavab gəlib.

Ərdoğan dünənki çıxışında “Terroristlərə təslim olmağımızı istəyirlər. Bu necə NATO üzvüdür? Əgər NATO-da bir yerdəyiksə, Türkiyə kimi, ABŞ-ın da NATO-nun tələblərinə riayət etməsi lazımdır. Digər tərəfdən, NATO ABŞ demək deyil. Sən PYD/YPG-yə terror təşkilatı deməsən də, bu terror təşkilatı sənin müttəfiqinə hücum edirsə, NATO üzvü olaraq ABŞ-ın buna qarşı olması lazımdır.

“Bizi vuraralarsa onlara qarşı sərt reaksiya verərik” deyənlər deyəsən ,ömründə “Osmanlı şilləsi” yeməyiblər. Türkiyəni istədikləri kimi girib çıxdıqları, istədiyi hər şeyi edəcəkləri zaman susan ölkələrlə qarışdırırlarsa çox yaxında belə olmadığını görəcəklər” deyə bildirməsinin ardından ABŞ general-leytenantından bu ifadəyə cavab gəlib:

ABŞ mətbuat katibi Nauert, “ABŞ Türkiyənin ona qarşı istifadə etdiyi sərt ifadələrinin gedərək artırmasından narahatlıq duyurmu və “Osmanlı şilləsi”ndən xəbəriniz varmı sualına gülümsəyərək, “Bu cür ifadələrə öyrəşmişik. Bu cür ifadələr Türkiyə hökumətindən və ya digər hökumətlərindən gəldikdə, biz narahat olmuruq. Biz digər hökumətlərdən, digər siyasi liderlərdən də buna bənzər bir sözlər eşidir, sosial media paylaşımları görürük. Amma öz siyasətimiz bu kimi ifadələri diqqətə almır” – deyə cavab verib. / A24.az

 

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...