Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Ərdoğanın Qurban bayramı üçün hədiyyəsi – FOTO

Ərdoğan Diyanət Vəqfinə 1500 lirə pul bağışladı…

Prezident Ərdoğan Diyanət İşləri naziri Mehmet Görmezi Prezident sarayında qəbul edib.

“Din.az” xəbər verir ki, Ərdoğan, ziyarət əsnasında Diyanət Vəqfinə 3 qurbanın əvəzi olaraq 1500 lirə pul bağışlayıb.

Diyanət İşləri Nazirliyi və Türkiyə Diyanət Vəqfinin ortaq yürütdüyü “2016–cı il  vəkalət yolu ilə Qurban Kəsmə Orqanizasiyası” təqdimat toplantısına qatılan Diyanət İşləri naziri Prof. Dr. Mehmet Görmez açıqlama verib.

Bütün İslam aləminin yaxınlaşan Qurban Bayramının təbrik edərək sözlərinə başlayan Diyanət İşləri naziri Mehmet Görmez Qurban bayramının İslam dünyasında tökülən bütün qan və gözyaşlarının sonlanmasına vəsilə olmasını diləyib. Daha sonra nazir Görmez, “Bayram namazından sonra şəhid ailələrini ziyarət edək” çağırışını edib.

Türkiyədə 253, dünyanın 130 ölkəsində 530 yerdə QURBANLAR kəsiləcək…

Diyanət İşləri Naziri Görmez, vəkalətlə qurban kəsimi orqanizasiyasıyla bağlı məlumatlar da verib. Nazir Görmez, Türkiyədə 253, dünyanın 130 ölkəsində 530 yerdə qurbanların kəsiləcəyini ifadə edib.

erd_4258

1_5804_3

1_2277_6

MÜZAKİRƏ

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Din.Az - yaradandan yaradılana...