Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Ərdoğanla Ruhani dollar və avrodan imtina etdilər

Türkiyə və İran arasında ilk pul mübadiləsi baş tutub.

Rusiya-Türkiyə-İran arasındakı neft ticarətində milli valyutadan istifadə edilməsinə dair qərardan sonra Türkiyə ilə İran ilk addımı atıblar.

Din.az xəbər verir ki, hər iki ölkə arasında ilk pul mübadiləsi baş tutub.

Beləliklə, iki ölkənin pul vahidləri ilk dəfə ABŞ dolları və ya avro kimi üçüncü rezerv pul vahidinə ehtiyac olmadan mübadilə edilib.

Qeyd edək ki, İran riyalı və türk lirəsi son zamanlar böyük dəyər itkisi yaşayırdı. İranın Mərkəzi Bankının sözçüsü bildirib ki, bu addım iki ölkə arasındakı ticari və bankçılıq işlərini asanlaşdıracaq. / Qafqazinfo.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...