Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

“Ərəb baharı”nın vətənində xalq yenidən küçələrdə

Ərəb ölkələrində yenidən nə baş verir?

“Ərəb baharı”nın başlanğıc ölkəsi olan Tunisdə xalq prezident seçkilərinə gedib, daha sonra küçələrə axışıb.

Din.az xəbər verir ki, prezidentliyə 24 namizəd olub.

Lakin onların arasında cəmi iki namizəd ikinci tura çıxa bilib. Birinci turda heç bir namizəd 50+1 faiz səs toplaya bilməyib.

Namizədlərdən konstitusiya professoru Qaya Səid səslərin 19,5, Tunisi Ürəyi partiyasının lideri Nebil Karvi isə 15,5 faizini toplayıb. Məlum nəticələrdən sonra Səid və Karvinin tərəfdarları küçələrə axışaraq ikinci tura çıxmalarını qeyd ediblər.

Xatırladaq ki, “Ərəb baharı”dan sonra bu, Tunisdə ikinci seçkidir. Birinci seçkidə seçicilərin 70 faizə yaxını seçkilərə qatılıb. Bu seçkilərdə isə cəmi 50 faiz seçici seçkiyə gedib.

İkinci tura çıxan namizədlər 13 oktyabrda yenidən seçkilərə gedəcəklər.  / Teleqraf.com

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...