Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

Ərəb Birliyi Hələbin boşaldılmasından narahatdır

Birliyin baş katibi açıqlama yayımlayıb…

Ərəb Birliyi, Suriyanın şimalındakı Hələb şəhərinin “etibarlı çıxış dəhlizi” iddiası ilə boşaldılmasından narahat olduğunu açıqlayıb.

“Din.az” xəbər verir ki, Ərəb Birliyinin baş katibi Əhməd Əbu Qayt imzası ilə yayımlanan açıqlamada, “Ərəb Birliyi “etibarlı çıxış dəhlizi” adı verilən səylə Hələbin boşaldılmasına istiqamətlənən səylərdən narahatdır” ifadəsini işlədib.

Yardımların mühasirə altında olan bölgələrin içinə göndərilməsinin vacibliyinə işarə edən açıqlamada, bunun sözügedən bölgələrin xalqlarının çölə çıxarılması sürəti ilə gerçəkləşdirilməyəcəyini qeyd edib.

Açıqlamada, bundan başqa Suriyada vətəndaşları və xüsusilə də sağlamlıq mərkəzlərini hədəf alan hücumlardan duyulan narahatlıq da ifadə edilib.

Birləşmiş Millətlər Təşkilatının (BMT) Suriya üzrə xüsusi nümayəndəsi Staffan de Mistura Rusiyaya Hələbdəki vətəndaşların və silahlı qrupların təxliyyə edilməsi üçün dəhlizin yaradılması xidmətinin BMT-yə həvalə etmək çağırışında olaraq “Bizim Rusiyaya tövsiyyəmiz, Hələbdə yaradılması istənilən dəhlizin BMT-yə həvalə edilməsi istiqamətindədir. Bu, bizim işimizdir. Əsas da bu səbəblə bir burdayıq” deyib.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir