Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

Ərəb Birliyi Suriyanı geri qaytarmağa hazırlaşır – Detallar

Misir Suriyanın Ərəb Birliyinə qayıtmasını dəstəkləyir.

Ərəb Birliyi Suriyanın təşkilatdakı üzvlüyünün bərpa edilməsi üçün qanun layihəsi hazırlayır.

Din.az Axar.az-a istinadən xəbər verir ki, bunu ərəb diplomatlardan biri deyib. O, sözügedən layihənin yanvar ayının sonlarında Livanda keçiriləcək zirvədə müzakirəyə çıxarılacağını bildirib.

Mənbə Misirin Suriyanın Ərəb Birliyinə qayıtmasını dəstəklədiyini söyləyib.

Qeyd edək ki, bundan əvvəl Suriya Prezidenti Bəşər Əsədin 19-20 yanvarda keçiriləcək Ərəb Birliyi İqtisadi Zirvəsinə qatılması məsələsi müzakirə edilib. Livan Xarici İşlər naziri Cibran Basil Suriyanı zirvəyə dəvət etmək səlahiyyətinə malik olmadıqlarını, amma buna nail olmağa çalışacaqlarını qeyd edib.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...