Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

Ərəb Birliyindən ABŞ-a: Hörmətsizlikdir…

Şuranın bəyanatında ABŞ-ın qərarının etibarsız və hökmsüz olduğu vurğulanıb.

Ərəb Birliyi ABŞ-ın İsrailin İordan çayının qərb sahilində inşa etdiyi yaşayış məntəqələrinin qanuni olması ilə bağlı qərarını qınayıb.

Din.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Ərəb Birliyi Şurasının Qahirədə keçirilən toplantısında bəyanat yayılıb.

Şuranın bəyanatında ABŞ-ın qərarının etibarsız və hökmsüz olduğu vurğulanıb.

Şura ABŞ rəhbərliyinin qərarlara birtərəfli yanaşmasını Yaxın Şərqdə və dünyada təhlükəsizliyə, sülhə, sabitliyə qarşı təhdid və beynəlxalq sistemə misli görünməmiş hörmətsizlik kimi qiymətləndirib.

Toplantıda həmçinin İsrailin Qəzza zolağına hücumları, sui-qəsd siyasəti və fələstinlilərin evlərinin bombalanması şiddətlə qınanılıb.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...