"Cümə" surəsi, 62/9

“Ey iman gətirənlər! Cümə günü namaza çağırılanda Allahı yad etməyə tələsin və ticarəti dayandırın. Bilsəniz, bu sizin üçün nə qədər xeyirlidir!”

Ərəb Birliyindən Məscidi Əqsa çağırışı

Share Button

İsrailin yaratdığı qarşıdurmalar dini müharibənin toxumlarını səpir

Ərəb Birliyindən “İsrailin Qüdsdə tətbiq etdiyi məsuliyyətsiz siyasət ancaq daha çox gərginlik və qarşıdurmaya yol açar” açıqlaması gəlib.

“Din.az” Türkiyə mediasına istinadən xəbər verir ki, Ərəb Birliyinin sədr müavini Ahmed bin Hilli İsrailin Qüdsdəki tətbiqlərinə qarşı beynəlxalq cəmiyyəti və BMT Təhlükəsizlik Şurasını hərəkətə keçməyə çağıraraq, dini qarşıdurmaların yarana biləcəyi mövzusunda xəbərdarlıq edib.

“İsrailin Qüdsdə tətbiq etdiyi məsuliyyətsiz siyasət ancaq daha çox gərginlik və qarşıdurmaya yol açar və bu gedişatla nəzarət edilməyəcək dini müharibənin toxumlarını əkər” deyib.

İsrailin, bölgəni partlamağa hazır olan bir vulkanın ağzına gətirdiyini ifadə edən Bin Hilli, bu ölkənin həqiqətlə bir əlaqəsi olmayan dastanları Yəhudi miqrantların Məscidi Əqsa basqınlarına bəhanə olaraq istifadə etdiyini qeyd edib.

“İsrailin elədikləri müsəlmanların hislərinə istiqamətlənən açıq-aşkar bir hücumdur” deyən Bin Hilli, İsrailin Qüdsdəki müsəlman və xristian sakinlərinə yönələn əsgərlərin təzyiqləri, sözügedən Qüdsdəki yəhudi miqrantlar siyasətini gücləndirmək, demoqrafik və coğrafi quruluşu dəyişdirməklə Qüdsü Fələstindən ayırmaq planının bir parçası olduğunu dilə gətirib.

Bin Hilli, beynəlxalq cəmiyyətdən, xüsusilə də BMT TŞ-dan İsrail və yəhudi miqrantların vəziyyətini, terrorun qarşısını almaq üçün dərhal hərəkətə keçməyə çağırıb.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir