Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

Ərəb Birliyinə Türkiyədən sərt cavab: Bu xəyanətdir

“Ərəb Birliyinin Türkiyəni əməliyyatlarda ittiham etməsi ərəb dünyasına xəyanətdir”.

Ərəb Birliyi baş katibinin Suriyanın ərazi bütövlüyünə qəsd edən terror təşkilatı yerinə ölkəmizi işğalçılıqda ittiham etməsi təşkilatın cinayətlərinə ortaq olmaq və ərəb dünyasına xəyanət deməkdir.

Din.az xəbər verir ki, bunu Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Hami Aksoy deyib. O, PKK terrorçularının etnik təmizləmə siyasətindən ən çox suriyalı ərəblərin zərər gördüyünü bildirib:

“’PYD/YPG/PKK-nın etnik təmizləmə siyasətinin və insanlığa qarşı törətdiyi cinayətlərdən ilk və ən böyük zərər çəkənlər suriyalı ərəblərdir. Yüz minlərlə ərəb terror təşkilatı tərəfindən Fəratın şərqindəki evlərdən və torpaqlardan sürgün edilib. Ərəb dünyasının səsi olması gərəkən Ərəb Birliyi baş katibinin suriyalı ərəblərin hüquqlarını müdafiə etmək yerinə, vətənini parçalamağa çalışan terrorçulara dayaq durması ibrətvericidir”.

Qeyd edək ki, bundan öncə Türkiyənin Fərat çayının şərqində həyata keçirdiyi antiterror əməliyyatları ilə bağlı keçirilən iclasda birliyin baş katibi Əhməd Əbu Qayt “Sülh çeşməsi” (Barış Pınarı) hərəkatını “işğal və Suriyanın suverenliyinin pozulması” kimi qiymətləndirib.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...