Bəqərə surəsi, 6-cı ayə

(Ya Rəsulum!) Həqiqətən, kafirləri əzabla qorxutsan da, qorxutmasan da, onlar üçün birdir, iman gətirməzlər.

Bütün xəbərlər »
Qaynar Xəbərlər
tiybi

Ərəb deputat İsrail parlamentində AZAN oxudu – VİDEO

Share Button

İsrail parlamentindəki (Knesset) ərəb əsilli millət vəkili Ahmed Tiybi ölkənin “səs-küyə səbəb olduğu” iddiası ilə azanın […]

İsrail parlamentindəki (Knesset) ərəb əsilli millət vəkili Ahmed Tiybi ölkənin “səs-küyə səbəb olduğu” iddiası ilə azanın oxunmasını qadağan etmə planına etiraz etmək üçün məclisdə azan oxuyub.

“Din.az” bildirir ki, “a24.az”ın verdiyi məlumata görə, Qurani-Kərim və Luka İncilindən ayələr oxuyan Tiybi “Əsil aranı qarışdıran və səs-küy yaradan Netanyahudur və müsəlmanlara qarşı islamofobik kompaniyanı davam etdirir. Azan bu vətənin həqiqi üzü və ayrılmaz bir hissəsidir” deyə çıxış edib.

“Biz sizin dini rituallarınıza qarışmırıq…”

Tiybi, İsrail əsgərlərinin məscid və kilsələrə hücum etdiklərini xatırladaraq, “Biz də, cümə və şənbə günləri Şofara üfürərək çıxartdığı səsdən və özəl bayramlarınızda küçəyə çıxmaqla bağlı qoyduğunuz qadağalardan narahat oluruq. Ancaq biz etiraz etmir və dini rituallarınıza qarışmırıq” ifadələrini işlədib.

“Nədir sizin  bu itliyinizdən çəkdiklərimiz?”

Daha əvvəl İsrail əsgərlərinin “Allahu Əkbər” deyən insanların üzərinə itləri buraxmasını da xatırladan Tiybi, “O vaxt Allah sizdən böyükdür demişdim. Bu gün yenə də eyni şeyi təkrarlayıram- Allah sizdən böyükdür və sizin itliyinizdən nədir bu çəkdiklərimiz?” deyib.

Qeyd edək ki, ötən gün axşam saatlarında İsrail parlamenti azanın minarələrdən səslənməsini qadağan edən qanun layihəsini təsdiqləyib. “Səs-küyə səbəb olduğu” iddiası ilə məscidlərdən azan oxunmasını qadağan edəcək layihənin qüvvəyə minməsi üçün layihənin Knessetdə müzakirəyə çıxarılaraq səsverməyə qoyulması gözlənilir. Fələstinlilərin və İslam aləminin böyük reaksiyasına səbəb olan qanun layihəsi daha əvvəl də bir neçə dəfə gündəmə gəlmiş, lakin qanuniləşdirilməmişdi.

İsrailin baş naziri Netanyahu da dünən verdiyi yazılı açıqlamada, “səs-küy salaraq insanları narahat etdiyi” iddiası ilə azanın oxunmasını qadağan edən qanun layihəsini dəstəklədiyini bildirib.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Top