Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Ərəb Dövlətləri Liqası Suriya hökumətini kimyəvi silahdan istifadə etməkdə günahlandırıb

Bəşər Əsəd rejiminin Suriya xalqına qarşı kimyəvi silah istifadə etməsi sərt qınandı.

Ərəb Dövlətləri Liqasının sammiti Suriya hökumətini kimyəvi silahdan istifadə etməkdə günahlandırıb və beynəlxalq araşdırmanın keçirilməsini tələb edib.

Dİn.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bunu Səudiyyə Ərəbistanının xarici işlər naziri Adil Əl-Cubeyr bəyan edib.

“Ərəb Dövlətləri Liqası Bəşər Əsəd rejiminin Suriya xalqına qarşı kimyəvi silah istifadə etməsini qəti şəkildə pisləyib. Bu sammitin qəbul etdiyi yekun bəyanatda əksini tapıb”, deyə nazir qeyd edib.

Sammitdə baş tutan müzakirələr zamanı Səudiyyə Ərəbistanı, Qətər, Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri Suriyaya qarşı hərbi əməliyyatın keçirilməsini dəstəkləyib. Öz növbəsində İraq, Əlcəzair və Tunis koalisiyanın Suriyanı bombalamasını pisləyib.

Qeyd edək ki, Ərəb Dövlətləri Liqasının sammiti bu gün Səudiyyə Ərəbistanının Dəhran şəhərində keçirilib.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...