Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

Ərəb Dövlətləri Liqasında Azərbaycanla əlaqələrin gücləndirilməsi məsələsi müzakirə olunacaq

Ərəb Dövlətləri Liqası (ƏDL) Şurasının 149-cu sessiyası başlayıb.

Misirin paytaxtı Qahirədə Baş Katibliyin qərargahındakı daimi nümayəndələr səviyyəsində Ərəb Dövlətləri Liqası (ƏDL) Şurasının 149-cu sessiyası başlayıb.

Din.az xəbər verir ki, görüşün gündəliyindəki əsas məsələ nazirlər səviyyəsində ƏDL Şurasının iclasına hazırlıqdır.

Sessiya çərçivəsində Fələstin problemi, Ərəb-İsrail münaqişəsi, Ərəb Sülh Təşəbbüsünün təşviqi, Suriya, Liviya, Yəmən, Sudan və Somalidəki vəziyyət, eləcə də qaçqınlarla bağlı vəziyyətin və başqa məsələlərin müzakirə olunacağı planlaşdırılır.

Ərəb-Afrika, Ərəb-Avropa münasibətlərinin inkişafı, Ərəb-Rus Forumunun keçirilməsi, Azərbaycan və Mərkəzi Asiya ilə, eləcə də Çin, Hindistan və Yaponiya ilə əməkdaşlığın möhkəmləndirilməsi məsələlərinin müzakirə olunacağı nəzərədə tutulur. / Report.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...