Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Ərəb dünyasında ilk qadın XİN rəhbəri

Əsma Məhəmməd XİN rəhbəri postuna təyin olundu.

Sudanda qadın xarici işlər naziri təyin edilib.

Din.az xəbər verir ki, bu barədə Baş Nazir Abdulla Hamdukun yeni hökumətin tərkibini elan etməsindən sonra bilinib.

XİN rəhbəri postuna Əsma Məhəmməd təyin olunub. Qeyd edilir ki, bu, ərəb dünyasında qadının ilk dəfə XİN rəhbəri olması faktıdır.

Sudanın Müdafiə Naziri general-leytenant Camal Amru, Daxili İşlər Naziri general-leytenant Tarifi idris olub.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...