Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

Ərəb iş adamı “Milan”ın səhmlərini almaq istəyir

“Milan”ın sahibi yenidən dəyişə bilər.

Bir neçə ay öncə Çin konsorsiumunun satın aldığı “Milan”ın sahibi yenidən dəyişə bilər.

Din.az xəbər verir ki, Səudiyyə Ərəbistanından olan Favaz əl-Hokair “rossoneri”nin nəzarət paketinə yiyələnmək istəyir. Əl-Hokair hazırda Milan ətrafında yerləşən Sesto-San-Covanni ərazisinə investisiya yatırıb. Burda “Milan”ın yeni stadionu inşa oluna bilər.

Əl-Hokairin sərvəti 1.23 milyard avrodur. Onun təsis etdiyi “Fawaz Abdulaziz Alhokair” kompaniyası Səudiyyə Ərəbistanında tikinti biznesi ilə məşğuldur.

Qeyd edək ki, “Milan”ın aksiyaları Silvio Berluskoni tərəfindən çinli Yonhonq Linin rəhbərlik etdiyi konsorsiuma satılmışdı. / Milli.Az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...