Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

Ərəb koalisiyasının Yəmənə endirdiyi hava zərbələri nəticəsində 17 nəfər ölüb

Koalisiya aviasiyası Əl-Kafla dairəsində körpü və bazarı bombalayıb.

Ərəb ölkələri koalisiyasının Yəmənin Amran əyalətinə endirdikləri hava zərbələri nəticəsində azı 17 nəfər ölüb, 20-dən çoxu yaralanıb.

Din.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, koalisiya aviasiyası Əl-Kafla dairəsində körpü və bazarı bombalayıb.

Yəməndə üsyançı husilər (“Ənsər Allah” hərəkatı) və Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiyanın dəstəklədiyi hazırkı prezident Abd Rabbu Mənsur Hadiyə tabe olan qoşunlar arasında münaqişə 2014-cü ildən davam edir. Səudiyyə Ərəbistanın rəhbərliyi altında ərəb koalisiyası 2015-ci il, martın 26-dan Yəməndə üsyançı husilərin nəzarəti altında olan ərazilərə hava zərbələri endirir.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...