Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

Ərəb ölkələri arasında yeni qarşıdurma

BƏƏ-yə məxsus döyüş təyyarələri Qətərin hava məkanını pozub.

Məsələ ilə bağlı Birləşmiş Ərəb Əmirliklərindən hələlik hər hansı açıqlama verilməyib.

Qətər Birləşmiş Ərəb Əmirliklərini (BƏƏ) BMT Təhlükəsizlik Şurasına şikayət edib. Din.az-ın bildirdiyinə görə, Sputnik Azərbaycan “Əl-Cəzirə”yə istinadən xəbər verir ki, buna səbəb BƏƏ-yə məxsus döyüş təyyarələrinin Qətərin hava məkanını pozmasıdır.

BMT-yə ünvanlanan şikayət məktubunda qeyd olunub ki, BƏƏ-nin bu davranışı təkcə Qətər dövlətinin suverenliyini, sərhəd və torpaq təhlükəsizliyini deyil, eyni zamanda beynəlxalq qanunları da açıq şəkildə pozmaqdır.

Şikayətdə həmçinin vurğulanıb ki, pozuntu halları təkrarlanarsa, Qətər öz hava məkanını və milli təhlükəsizliyini qorumaq üçün lazımi tədbiri görəcək.

Məsələ ilə bağlı Birləşmiş Ərəb Əmirliklərindən hələlik hər hansı açıqlama verilməyib.

 

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...