Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

Ərəb Ölkələri Liqasının fövqəladə iclası keçiriləcək

Yaxın Şərq problemləri müzakirə olunacaq.

Aprelin 3-də Qəzza zolağında böhranla əlaqədar Ərəb Ölkələri Liqasının fövqəladə iclası keçiriləcək.

Din.az-ın verdiyi xəbərə görə, bunu qurumun nümayəndəsi Səid Əbu Əli bəyan edib.

İclas Fələstinin müraciəti, Misir, Küveyt və İordaniyanın təşəbbüsü əsasında keçiriləcək.

Qeyd edək ki, aprelin 30-da İsraillə Qəzza zolağının sərhədində hərbçilərlə toqquşmalarda 20-yə yaxın fələstinli ölüb. Həmin gün Qəzza zolağında “Torpaq günü”nü qeyd edən minlərlə fələstinli qaçqınların doğma torpaqlarına qaytarılması tələbi ilə kütləvi aksiyalar keçiriblər. Eyni zamanda Qəzza zolağında “Böyük qayıdış yürüşü” adlı kütləvi etiraz aksiyasına start verilib. Fələstinlilər aksiyanın mayın ortalarınadək davam edəcəyini bəyan ediblər. / Apa.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...