Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

Ərəb ölkələri Qətər qarşısında şərt irəli sürdü

Dohayla yaşanan gərginliyin “kiçik problem” kimi təqdim olundu.

Səudiyyə Ərəbistanı, Misir Bəhreyn və Birləşmiş Ərəb Əmirlikləri Qətər böhranı ilə bağlı birgə bəyanat yayıb.

Din.az-ın bildirdiyinə görə bəyanatda qeyd olunur ki, körfəz ölkələri arasında yaşanan gərginlik Kuveytin vasitəçiliyi iləaradan qaldırıla bilər. Bildirilib ki, Qətər artıq seçim etməlidir. Doha yaxşı qonşuluq siyasəti yürüdüb bölgə ölkələri ilə əməkdaşlıq etməli ya da beynəlxalq hüquq normalarını pozmaq istiqamətində irəliləməlidir.
Bundan əlavə, açıqlamada Dohayla yaşanan gərginliyin “kiçik problem” kimi təqdim olunması diqqət çəkib.

Qeyd edək ki, 9 ay əvvəl bir sıra ərəb ölkələri Qətəri terroçu qruplaşmalara dəstək verməkdə ittiham edərək, onunla diplomatik əlaqələri kəsib.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...