Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

Ərəb ölkələrində dindarlar azalır – SENSASİYALI SORĞU

Ərəb ölkələrində din xadimlərinə və dini liderlərə inam xeyli azalıb.

Ərəb ölkələrində dindarların sayı sürətlə azalır. Nüfuzlu “Arab Barometer” sorğu şirkətinin keçirdiyi sorğunun nəticələrinə görə, özünü dindar saymayan ərəblərin sayı 2012-2014-cü illərdəki nəticələrlə müqayisədə 8 faizdən 13 faizə qədər artıb.

Bəzi ərəb ölkələrində isə nəticələr daha fərqlidir.

Din.az Milli.Az-a istinadən bildirir ki, dindar olmadığını deyənlərnin sayı Tunisdə 16 faizdən 31 faizədək, Liviyada – 11 faizdən 25 faizədək artıb.

Gənclər arasında rəqəmlər daha böyükdür.

Bununla yanaşı, ərəb ölkələrində din xadimlərinə və dini liderlərə inam xeyli azalıb. Belə ki, İraqda bu göstərici 42 faizdən 12 faizədək, Sudanda – 49 faizdən 24 faizədək, Fələstində – 48 faihdən 22 faizədək azalıb.

Radikal dini və fundamentalist-islamçı təşkilatlara inam səviyyəsi də xeyldi aşağı düşüb.

Yaxın Şərq və Şimali Afrikadakı ərəb ölkələrində keçirilmiş sorğunun nəticələrinə görə, reytinqlərdə geriləyən təşkilatlar arasında “lider” mövqeləri “Müsəlman qardaşları”, HƏMAS və “Hizbullah” tutur.

Sorğuda 10 ərəb ölkəsi və Fələstində 25 min respondent iştirak edib.

Rəyi soruşulanların tam əksəriyyəti “Qadın prezident və ya baş nazir seçilə bilərmi?” sualına “Hə” cavabını verib. Ən aşağı nəticə Əlcəzairdədir ki, həmin ölkədə respondentlərin, sadəcə, 47 faizi müsbət cavab verib.

“Namus qətli”nə gəldikdə, ərəb ölkələrində belə cinayəti qətiyyətlə pisləyənlərin sayı artır. Əlcəzairdə respondentlərin 27 faizi, Mərakeşdə – 25 faiz, Sudanda – 14 faiz, İordaniyada – 21 faiz, Tunisdə, Livanda və Fələstində isə 8 faiz “namus qətli”ni yolverilməz saydıqlarını deyiblər.

Homoseksualizmi xəstəlik və ya “məhv edilməsi gərəkən mərəz” saymayanların sayı Əlcəzairdə 26 faiz, Mərakeşdə – 21 faiz, Sudanda – 17 faiz, İordaniyada – 7 faiz, Tunisdə – 7 faiz, Livanda – 6 faiz, Fələstində isə 5 faizdir.

Ərəb ölkələrində ən populyar dövlət başçısının Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan olduğu aşkarlanıb. Respondentlərin 51 faizi onu təqdir edir.

Rusiya prezidenti Vladimir Putin 28 faizlik nəticə ilə 2-ci, ABŞ prezidenti Donald Tramp isə 12 faizlik nəticə ilə 3-cü yerdədir.

“Özünüz və ölkəniz üçün ən təhlükəli dövlət hansıdır?” sualına verilən cavablara görə, İsrail ilk yerdədir. ABŞ ikinci, İran üçüncü pillədə bərqərar olub. Səudiyyə Ərəbistanı 4-cü yerdədir.

2013-cü illə müqayisədə ölkəni tərk edərək mühacirətə yollanmaq istəyənlərin sayı İordaniyada, İraqda, Mərakeşdə, Liviyada, Tunisdə, Misirdə, Fələstində və Əlcəzairdə artıb. Sudanda, Livanda və Yəməndə isə bu nəticə azalıb.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...