Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

Ərəb ölkələrini gözləyən böyük təhlükə – İkinci “Ərəb baharı”

Ərəb baharından sonra iqtisadiyyat daha da çökdü, siyasi azadlıqlar məhdudlaşdırıldı.

“Financial Times” qəzeti Yaxın Şərqdə gələcək proseslər barədə analiz hazırlayıb.

Din.az xəbər verir ki, “İkinci “Ərəb baharı”” adlı yazıda Yaxın Şərqdə yeni inqilabların toxumunun əkildiyi qeyd edilib.

Həmin ölkələrdə işsizlik səviyyəsinin yüksəlməsi, siyasi təzyiqlər və iqtisadi böhranlar fonunda bu zəminin formalaşdığı bildirilib:

“2011-ci ildə başlayan birinci “Ərəb baharı”nda bir çox ölkələrdə hökumətlər dəyişdi. 2011-ci ildə insanlar azadlıq, iqtisadi rifah və ədalətli bölgü tələb edirdilər. Lakin, gözlənilənlər nəticələr vermədi. Əksinə, iqtisadiyyat daha da çökdü, siyasi azadlıqlar məhdudlaşdırıldı. Buna görə də növbəti “Ərəb baharı” başlaya bilər”, – deyə məqalədə yazılıb.

Həmçinin, vurğulanıb ki, ərəb dövlətlərində hakimiyyətlərin xalqa qarşı zülmü İŞİD-dən daha təhlükəli təşkilatların ortaya çıxmasına səbəb ola bilər. / Qafqazinfo.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...